“Sumqayıt”ın gənc futbolçusu Rüfət Abdullazadə Polşa klublarının maraq dairəsindədir.

Belə ki, Polşa yüksək liqasının iki təmsilçisi “Qurnik” və Qdanskın “Legia” klubları futbolçunu transfer etmək istəyir. Adıçəkilən komandalar Abdullazadənin “Sumqayıt”la müqaviləsinin başa çatmasını gözləyirlər. Qeyd edək futbolçunun klubla müqaviləsi gələn ilin yayında başa çatacaq.